Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıdan Ankaraya qardaşlıq jesti: Türkiyə bayrağı

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək.

Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …