Bazar ertəsi , 28 Aprel 2025
Drone Cameras

Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu olub

Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub.

Boyukmillet.com  xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaq.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …