Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Bakıya 18 kiloqram narkotik gətirməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olunub

Bakıya külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirməyə cəhd etməkdə şübhəli bilinən şəxs Cəlilabadda saxlanılıb.

Bu barədə “Report”un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb. Ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …