Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Banqladeş ordusu həyatlarından qorxan 600-dən çox vəzifəli şəxsə sığınacaq verib

Banqladeş ordusu etirazlar və hakimiyyət dəyişikliyi fonunda ölkənin 600-dən çox vətəndaşına, o cümlədən siyasətçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hərbi düşərgələrdə sığınacaq verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumat deyilir.

Qeyd olunub ki, 24 siyasi xadim, 5 hakim, 19 mülki idarə məmuru, 500-dən çox müxtəlif vəzifəli polis əməkdaşı, 12 başqa peşənin nümayəndəsi, o cümlədən dövlət ali məktəblərinin məsul işçiləri olmaqla 626 nəfər hərbi məntəqələrə sığınıb.

Təhlükəsizlik vəziyyəti yaxşılaşdığından 615 nəfər artıq öz təşəbbüsü ilə sığınacağı tərk edib, 4 nəfər isə barələrində elan olunmuş ittiham və ya cinayət işi üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Check Also

Blinken brifinqdə ona etiraz edən iki jurnalisti zorla zaldan çıxartdırıb

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlə keçirdiyi sonuncu …