Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Barselonada Messinin maliyyə dəstəyi ilə uşaq onkoloji mərkəzi açılıb

Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messinin maliyyə dəstəyi ilə Avropanın ən yaxşı tibb müəssisələrindən biri olan Barselonada yeni uşaq onkoloji mərkəzi istifadəyə verilib.

Boyukmillet.com xəbər verir ki, uzun illər İspaniyanın “Barselona” klubunda çıxış etmiş argentinalı hücumçu hazırda həyat yoldaşı ilə birlikdə Kataloniyadadır və tibb mərkəzinin açılışında iştirak edib. O, mərkəzin açılmasına maliyyə dəstəyi göstərib.

Otuz dörd yaşlı futbolçu “Barselona”nın yetirməsidir və 2005-2021-ci illərdə klubda çıxış edib. Onun PSJ ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …