Cümə , 17 Aprel 2026
Drone Cameras

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

İdarədən Boyukmillet.com-a daxil olan məlumatda deyilir:

Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Check Also

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal …