Cümə , 22 Noyabr 2024
Drone Cameras

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir

Beyləqan rayonunun baş həkimi Əli Məmmədov koronavirusa yoluxub və hal-hazırda Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Azinforum.az-a məktub ünvanlayan bir qrup beyləqanlı onun tezliklə sağalıb, işinin başına dönməsini istəyir. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Bu gün dünyanın koronovirusla mübarizə apardığı ağır günlərdə Azərbaycan həkimlərinin fədakarlığı xüsusi diqqətə layiq olmalıdır. Hər bir həkim vətən və xalq üçün mücadilə apardığı anda həm də öz həyatlarını riskə atır və bunu bilə-bilə edir. İnanırıq ki, həm Azərbaycan vətəndaşları, həm də Azərbaycan rəhbərliyi bunu layiqincə qiymətləndirəcək. Belə fədakar həkimlərimizdən biri də Beyləqan rayon MRX-nın baş həkimi, istedadlı cərrah Əli Məmmədovdur. Əli doktor haqqında çox sözlər demək olar. Sadə, istedadlı və xalqın yolunda dayanmadan çalışan, gecə – gündüz bilmədən həkim kimi kəndbəkənd Beyləqan və ətraf rayonların imdadına yetişən şəxsiyyət! Əli doktor artıq 12 gündür koronovirusa yoluxub və mücadilə aparır. Hal- hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan dəyərli Əli doktora Allahdan şəfalar diləyirik və tezliklə sağalıb doğma Beyləqanımıza dönməsini arzulayırıq. Həyata qaytardığınız minlərlə Beyləqanlının duaları sizinlədir, Əli həkim!”

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …