Cümə , 17 May 2024
Drone Cameras

QƏLƏNDƏR MUXTARLI:Hər millətin milli mənsubiyyəti onun sahib olduğu ərazi ilə şərtlənir

Boyukmillet.com xəbər verir ki, AMDP-sədri Qələndər Muxtarlı, öz facebook səhifəsində Qərbi Azərbaycan (Irəvan) Respublikası haqqında məlumat paylaşıb.

Hər millətin milli mənsubiyyəti onun sahib olduğu ərazi ilə şərtlənir. Biz Qərbi Azərbaycan əsilli ziyalılar, ictimai –siyasi fəallar tarixi topaqlarımıza qayıdış üçün Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasını müzakirə edərkən ilk öncə ulularımızdan bizə miraz qalan və düşmən qüvvələrin param-parça etdiyini 450 min km2 vətən torpaqlarının birləşdirilməsini də hədəflədik. Qısa zaman kəsiyində xeyli alimləri-ziyalıları ətrafımızda birləşdirib dövlətin fəaliyyətini nizama qoyan strukturlar yaratdıq. Türkiyə və Azərbaycan cəmiyyətinə müəyyən qədər bu ideyanı yaya bildik.

Qərbi-Azərbaycan dövlətinin bayrağı qəbul edildi

Cənublu soydaşlarımz belə bu məsələni Qərbi Azərbaycan Respublikasının elan edilməsini böyük sevinclə qarşıladı. Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağının qəbulu bir başqa sevinc coşqu ilə qarşılandı. Lakin təəssüf hissi ilə qeyd edirəm ki Rizvan Talıbovun bu gün yazdığı status nə Qərbi Azərbaycan (İrəvan) Respublikasının işinə, nə də millətimizin ümumi mənafeyinə xidmət edir. Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaranması məsələsində ən böyük fədakarlığı digər bölgələrimizdən olan insanlarımız heç də əslən o coğrafiyadan olan insanlar az fədakarlıq etmədilər.


Bu iş hər bir Azərbaycanlının vətən, millət naminə birgə görməli olduğu milli vəzifə işidir. Hər birimiz bu yöndə:-vətən torpaqlarının bütövləşməsi işində Qərbi Azərbaycanlı olmalıyıq. Bizim millətimiz və dövlətimizin naminə çox ciddi işlərimizin xoş sədalarını hər zaman eşidəcək və bəhrəsini millətimiz görəcəkdir.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …