Cümə , 12 Dekabr 2025
Drone Cameras

Baş nazir: Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək

Böyük Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

O bildirib ki, ötən 30 ildən artıq müddətdə iki ölkə arasındakı münasibətlər daha da güclənib:

“Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik.

2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz”, – hökumət başçısı qeyd edib.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …