Cümə , 19 Aprel 2024
Drone Cameras

Baş nazirdən Anım Günü ilə bağlı qərar

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazr Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, vahid büdcə təsnifatında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Günü əlavə olunub.

Qeyd edilib ki, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasında Anım Günü” adlı yeni 106-1-ci maddə əlavə edilib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Gününün əlavə olunması zərurəti yaranıb.

Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsinin anılması üçün Anım Günüdür.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …