Bazar , 19 Yanvar 2025
Drone Cameras

Baş Prokurorluq ev dustaqlığının tələblərini açıqladı

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq  #heçbilirdinizmi həştəqi altında ictimaiyyətə təqdim olunur: heçbilirdinizmi

“Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi “ev dustaqlığı” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunan videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz”. 

Check Also

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb

“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib” Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk …