Zağulba tədris idman bazasında Azərbaycan Basketbol Federasiyasının yerli hakimlər üçün təşkil etdiyi seminarlara start verilib.
Boyukmillet.com xəbər verir ki, hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarda 9 yerli referi iştirak edir.
Ədalət qoruyucuları üçün gündə iki dəfə həm nəzəri, həm də praktiki seminarlar təşkil olunmaqla yanaşı, onlarıa mübahisəli epizodlarının hərtərəfli təhlili aparılır və dəyişilmiş qaydalar müzakirə edilir.
Bundan əlavə, FIBA-nın təsdiq etdiyi bu seminarda, beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə müəyyən mövzular da yerli hakimlərə izah olunur. Seminarın əsas məqsədi, tətbiq olunan qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və hakimlərin gələcək illərdə Azərbaycan Basketbol Liqası və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, seminara iyunun 30-u yekun vurulacaq.