Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Bayden ABŞ-da iqlim dəyişikliyi ilə mübarizə üçün 2,3 milyard dollar vəd edib

ABŞ Prezidenti Cozef Bayden, iqlim böhranının təsirləri ilə mübarizə aparmaq üçün infrastrukturun təkmilləşdirilməsi üçün Fövqəladə Halların İdarə Olunması Federal Agentliyinə 2,3 milyard dollar maliyyə ayrılacağını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bunu Amerika lideri Massaçusets ştatının Somerset şəhərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmçinin bərpa olunan enerjinin inkişafına, o cümlədən külək elektrik stansiyalarının tikintisinə də diqqət yetiriləcək.

Ağ Ev isə məlumat verib ki, bu sahədə ilk layihə Meksika körfəzində yel dəyirmanlarının tikintisi ola bilər.

Check Also

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır. …