Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Bayden ilk dəfə Ukrayna ordusunun Kursk vilayətindəki hərbi əməliyyatlarını şərh edib

ABŞ Prezidenti Cozef Bayden Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətindəki irəliləyişinin rusiyalı həmkarı Vladimir Putini əsl dilemma qarşısında qoyduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı ölkənin cənubundakı Nyu-Orlean şəhərində jurnalistlərə açıqlama verərkən söyləyib.

“Bu, Putin üçün əsl dilemma yaradır, biz isə ukraynalılarla birbaşa, daimi təmasdayıq. Bunun aktiv olduğu müddətdə deyə biləcəyim bu qədərdir”, – deyə agentlik Bayden sitat gətirib.

Qeyd edək ki, bu Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyatlarına dair ilk şərhidir.

Xatırladaq ki, avqustun 13-də Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirmişdi.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …