Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

Fərman birbaşa və ya dolayı yolla ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin ixracını, satışını və ya tədarükünü məhdudlaşdırır.

Sənəd həmçinin, harada olursa olsun, ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …