Bazar , 19 May 2024
Drone Cameras

Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

“Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər”, – Ağ Ev bildirib.

Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani də iştirak edib. Tərəflər Qəzza zolağı ilə İsrail arasında humanitar fasilə və girovların mübadiləsi problemlərini müzakirə ediblər.

Tərəflər həmçinin İsrail və HƏMAS arasında razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu, son günlər ABŞ və Qətər rəhbərliyi arasında ikinci telefon danışığıdır. Noyabrın 17-də də ABŞ Prezidenti Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağında girovların dərhal azad edilməsinin vacibliyini müzakirə edib. Ağ Ev qeyd edib ki, liderlər Qəzza zolağına humanitar yardım axınının artırılması səylərini və İsrailin yanacaq tədarükünü bərpa etmək qərarı barədə də danışıblar.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …