ABŞ Prezidenti Cozef Bayden Baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi hazırkı İsrail rəhbərliyi altında Fələstin – İsrail münaqişəsinin iki dövlət əsasında həllinin mümkünlüyünü etiraf edib.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o bu barədə Ağ evdə Amerikanın bir sıra şəhərlərinin merləri ilə danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Amerika liderinə Netanyahu hakimiyyətdə olduğu müddətdə iki dövlət həllinə nail olmağın mümkünsüzlüyü ilə bağlı sual verilib.
“Xeyr, bu doğru deyil”, – Bayden cavab verib. ABŞ Prezidenti İsrailin Baş nazirinin iki dövlətli həllə qarşı olmadığını vurğulayıb və həmçinin əlavə edib ki, bu məsələni yanvarın 19-u səhər saatlarında Netanyahu ilə telefonla müzakirə edib.
Netanyahunun iki dövlət həlli ilə bağlı mövqeyini nəzərə alaraq, Vaşinqtonun İsrailə yardım şərtlərinə yenidən baxmaq niyyətində olub-olmaması ilə bağlı suala Bayden cavab verib ki, ABŞ “nəsə edə bilər”.
“İki dövlətli həllin bir neçə variantı var. BMT-nin üzvü olan, lakin hələ də öz silahlı qüvvələri olmayan bir sıra ölkələr var. Məhdudiyyətləri olan dövlətlər var. Ona görə də düşünürəm ki, işə yarayacaq yollar var”, – Bayden qeyd edib.