Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Baydenin kralın tacqoyma mərasiminə qatılmaqdan imtinası Londonda birmənalı qarşılanmayıb

ABŞ Prezidenti Cozef Baydenin Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə uçmaqdan imtina etməsi mühafizəkar parlamentarilər tərəfindən krallığın kürəyinə vurulmuş bıçaq zərbəsi kimi qiymətləndiriləcək.

Boyukmillet.com xəbər verir ki, Bayden aprelin 11-də regionda uzun illər davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin ildönümü münasibətilə Şimali İrlandiyaya uçacaq.

Eyni zamanda, ABŞ lideri may ayında baş tutacaq tacqoyma mərasiminə gəlməkdən imtina edib.

Qəzet qeyd edib ki, Mühafizəkarlar Partiyası üzvləri Baydenin belə bir qərarını birmənalı qarşılamayıb və bunu Londonun arxasına bıçaq zərbəsi kimi qiymətləndiriblər. Deputatlar hesab edirlər ki, Amerika prezidenti bu əməli ilə Böyük Britaniya ilə münasibətlərə etinasızlıq göstərib.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …