Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Baydenin yenidən prezident seçilməsinə mane olan amillər açıqlanıb

ABŞ Prezidenti Cozef Baydenin xüsusi prokurorun məruzəsinin dərcindən sonra çıxışı ölkənin hazırkı liderinin 2024-cü ildə yenidən bu vəzifəyə seçilməsinə mane ola bilər.

Boyukmillet.com  xəbər verir ki, “The Wall Street Journal” (WSJ) siyasətçinin yolundakı bu və digər maneələrin adını çəkir.

“Yardımçılar onu (Baydeni – red.) enerjili və işə hazır kimi göstərməyə çalışdılar, lakin [xüsusi prokurorun] məruzəsi və bu həftəki şifahi səhvləri yaşın onun kampaniyası üçün əngəl olaraq qaldığını göstərir”, – nəşr bildirib.

Üstəlik, sorğular göstərir ki, əksər amerikalılar prezidentliyə namizədin qocalmasından narahatdırlar ki, bu da Baydenin yenidən seçilməsinə mane ola bilər. 2024-cü ilin noyabrında siyasətçinin 82 yaşı tamam olacaq.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …