Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi

Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. 
Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb.
Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib.

Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb.
Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.
Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …