Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Ukraynada azərbaycanlılar arasında kütləvi dava — ÖLƏN VƏ YARALANANLAR VAR- ANBAANVİDEO

Ukraynadakı azərbaycanlılar arasında kütləvi dava olub.

boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Çernovtsi vilayətində baş verən davada 4 nəfər yaralanıb, onlardan biri ölüb. Bıçaq yarası ilə xəstəxanaya çatdırılan 23 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, başqa bir adam xəstəxanaya aparılıb, onun qarın boşluğundan bıçaq yarası aldığı məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, dava zamanı daha iki nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar olaraq müstəntiqlər üç cinayət işinə başlayıb. Ölümcül bədən xəsarətinə səbəb olan hadisə iştirakçılarından birinin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən artıq həbs olunduğu məlum olub. Qeyd edilir ki, davada ölən 23 yaşlı gəncin cəsədini Azərbaycana göndərmək üçün pul yığılır.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …