Bazar , 19 Yanvar 2025
Drone Cameras

Bayramla əlaqədar bu ayın müavinət, təqaüd və sosial yardımları vaxtından əvvəl ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Boyukmillet.com xəbər verir ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Check Also

Son 6 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb

Son altı ildə (2018-2024) ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət …