Bazar , 7 Dekabr 2025
Drone Cameras

Bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.Qeyd olunub ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsilcəyi gözlənilir.Bildirilib ki, həmçinin arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.

Check Also

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan…

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və …