Cümə , 19 Aprel 2024
Drone Cameras

Belə çıxır ki,Naxçıvandan Bakıya gəlmək istəyən adamın növbəsi payızda və ya qışda çatacaq

İyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

O bildirib ki, həmin gün saat 15:00-da ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190” tipli təyyarələrlə baş tutacaq: “Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə, yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa, onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturmasının təmin oluna bilməsidir”. Əvvəl hər gün 5-6 reys olurdu. İndi ayrılan kvota tələbatı necə ödəyəcək və bu, bilet satışı ilə bağlı özbaşınalıqların, sui-istifadə hallarının meydana çıxmasına səbəb ola bilərmi? Reyslərin sayının artırılmasına zərurət varmı?

  • Samir Adıgözəlli: “Əvvəlki qaydada  reys sayları tam bərpa olunmalıdır” 

Əslən Naxçıvandan olan ictimai fəal, İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bu qərarın narahatlıq yaratdığını bildirib:“Bu xəbər sevinndirici olmağı ilə yanaşı, həm də ciddi narahatlıq yaratdı. İlk növbədə reyslərin sayı çox azdır. Həftədə iki reys bu problemi aradan qaldıra bilməyəcək. Artıq ayın 18-nə bütün biletlər satılıb. Onlayn qaydada girib bilet almaq mümkün deyil. Orda yaşayan insanların bəyəm hamısı onlayn bilet ala bilir? Çox adamın heç bank kartı yoxdur. Bir qədər məntiqlə hərəkət edilməlidir. Məhdudiyyət məsələsi də  problem yaradır. Hətta ayrılan iki reysə belə tam sərnişin minməyəcək. Belə çıxır ki, Bakıya gəlmək istəyən adamın növbəsi gəlib payızda və ya qışda  çatacaq. Bu gün rayonlara işləyən mikravtobuslar qiyməti çox baha edir və insanları bir-birinin üstündə gətirir. Naxçıvan da Azərbaycan ərazisidir, yoxlama keçirib vətəndaşları təyyarəyə buraxmaq olar. Hesab edirəm ki, əvvəlki qaydada  reys sayları tam bərpa olunmalıdır. Azərbaycanın digər rayonları ilə əlaqə necədirsə, bunu da elə etmək lazımdır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …