Bazar , 19 Yanvar 2025
Drone Cameras

Belarus kəşfiyyatından “Vaqner” açıqlaması: “Özləri də bilmir ki…”

Bir neçə gün əvvəl Minskdə saxlanılan rus muzdlu döyüşçüləri ilə bağlı yeni proses müşahidə edilir.

Boyukmillet.com xatırladır ki, Minskdə saxlanılan rus muzdlu döyüşçülərinin sayı 33 nəfərdir.

Prezident Aleksandr Lukaşenko elan edib ki, bu muzdlular prezident seçkisi öncəsi Belarusda sabitliyi pozmaq üçün ölkəyə göndərilib.

Rəsmi Moskva isə Belarusun daxili işlərinə qarışmadığını bildirib, saxlanılan Rusiya vətəndaşlarının azad ediləcəyinə ümid bəslədiyini dilə gətirib.

Minsk-Moskva xəttində gərginliyin müşahidə edildiyi bu mərhələdə Belarusun kəşfiyyat xidmətinin rəhbəri Aleksandr Aqafonov diqqət çəkən açıqlama verib. Kəşfiyyat xidmətinin rəhbəri bildirib ki, saxlanılan şəxslərin dindirilməsi davam edir:

“Onlar bir-birinə zidd açıqlamalar verirlər. Saxlanılan muzdlulardan 11-i Venesuelaya, 15-i Türkiyəyə, 2-si Kubaya, 1-i isə Suriyaya getməyi planladığını bildirib. Saxlanılanlardan biri hara getməli olduğunu bilməyib. Digər 3 nəfər isə bu mövzuda danışmayıb”.

Belarus kəşfiyyat xidmətinin rəhbərinin açıqlamasından dərhal sonra Rusiya diplomatı Krill Pletnyev bəyan edib ki, Belarusda saxlanılanlar özəl təhlükəsizlik şirkətinin əməkdaşları olub:

“Rusiya dövləti muzdlu əsgərlərlə işləməz. Saxlanılanların getmək istədiyi yer Latın Amerikası ölkələrindən biri olub”.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …