Şənbə , 11 May 2024
Drone Cameras

Belarus ordusu Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb

Belarus ordusu sentyabrın 8-də təlimlərə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Təlimlər Ukraynanın şimal vilayətləri ilə sərhəddə keçirilir.

Təlimlərdə şərti olaraq düşmənin tutduğu ərazilərin azad edilməsi ilə bağlı tapşırıqlar icra olunacaq. Bundan başqa, təlim proqramına dövlət sərhədində nəzarətin bərpası, quru qoşunlarının havadan dəstəklənməsi, o cümlədən hərbi vəziyyətin təmin edilməsi, düşmənin təxribat-kəşfiyyat qrupları və qeyri-qanuni təxribat qrupları ilə mübarizə məsələləri daxildir.

Təlimlər sentyabrın 14-nə qədər davam edəcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …