Bazar ertəsi , 28 Aprel 2025
Drone Cameras

Ben Uolles: “Britaniya təyyarələri Ukraynadan taxıl ixracına kömək edə bilər”

Böyük Britaniya Ukrayna taxılının daşınması üçün təyyarələr göndərə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onun sözlərinə görə, “Rivet Joint” və ya “P8 Poseidon” kəşfiyyat təyyarələri Qara dəniz ərazilərində patrul uçuşu həyata keçirə bilər.

“Bu, münaqişə tərəfləri Ukrayna taxılının dəniz yolu ilə ixracına dair razılığa gələcəyi təqdirdə mümkün olacaq. Britaniyanın belə bir əməliyyatda əsas rolu kəşfiyyat və təhlükəsizlik nəzarətidir”, – Uolles qeyd edib.

Eyni zamanda o qeyd edib ki, Böyük Britaniyanın hərbi gəmilərinin Qara dənizə göndərilməsi imkanları nəzərdən keçirilmir.

“Gəmilərimizi Qara dənizə göndərmək fikrində deyilik, çünki bunun üçün Türkiyədəbn blokadanı aradan qaldırmağı xahiş etməliyik”, – nazir deyib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Bosfor boğazını döyüş gəmiləri üçün bağlayıb.

Check Also

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. …