Cümə , 26 Aprel 2024
Drone Cameras

BEŞ TƏLƏBƏYƏ HƏR AY TƏQAÜD VERİLƏCƏK

Oktyabrın 6-da Qərbi Azərbaycan İcması İdarə Heyətinin geniş yığıncağı keçirilmişdir. İlk məsələ olaraq, 2019-cu il ali məktəblərə tələbə qəbulu imtahanlarında yüksək bal toplamış qaçqın (valideynləri qaçqın olan) tələbələrə təqaüd verilməsi məsələsi müzakirəyə çıxarılmış, İcmanın Aparat rəhbəri Abduləli Həsənov müsabiqənin yekunları ilə bağlı məlumat vermişdir. Müsabiqədə iştirak etmək üçün təqdim olunan müraciətlərə baxılmış, onlardan 600-dən yuxarı bal toplamış 5 nəfər qalib elan olunmuşdur: 1. Zeynallı Fidan Əli qızı, Çəmbərək (Krasnoselo) rayonunun Ağbulaq kəndi, 663,3 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. 2. Həsənli Xəyal Çingiz oğlu, Amasiya rayonunun Oxçoğlu kəndi, 658,4 balla Bakı Ali Neft Məktəbinə daxil olmuşdur. 3. Həsənov Nicat Səlahəddin oğlu, Qafan rayonunun Baharlı kəndi, 646,9 balla Azərbaycan Fransız Universitetinə qəbul olmuşdur. 4. Əliyev Fərid Əziz oğlu, Amasiya rayonunun Balıqlı kəndi, 646,7 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 5. Qəribov Hüseyn Qorxmaz oğlu, Amasiya rayonunun Oxçoğlu kəndi, 634,5 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. İdarə Heyətinin qərarı ilə həmin tələbələrə bir semestr ərzində (5 ay) hər ay 100 manat təqaüd veriləcəkdir. İcma sədri Əziz Ələkbərli müsabiqəyə yekun vuraraq bildirmişdir ki, ölkədə ali məktəblərə tələbə qəbulunda ən yüksək bal toplamış tələbələrə təqaüd verilməsi təşəbbüsü həmişə ölkə prezidentinə məxsus olmuşdur. Hər il müxtəlif qruplar üzrə 100 nəfər tələbə Prezident təqaüdü alır. Ölkə başçısının sərəncamları ilə tələbə təqaüdlərinin məbləği və əhatə dairəsi genişlənmişdir, bu gün tələbələrin əksəriyyəti dövlət təqaüdü alır. Bu, dövlət başçısının təhsil siyasətinin tərkib hissəsidir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən bəzi iri şirkətlər ali məktəb tələbələri arasında müxtəlif təqaüd layihələri həyata keçirir və onlarla tələbə bu təqaüdlərdən yararlanır. Lakin təəssüf ki, bizim bir çox iş adamları belə layihələrə qoşulmağa hələ tələsmir. Ə.Ələkbərli bildirmişdir ki, biz beş qaçqın tələbəyə təqaüd verir, bununla da bu layihənin qapısını iş adamlarımızın, imkanlı şəxslərin üzünə açıq qoyuruq, gəlin gələcəyimiz olan tələbələrin uğurlu təhsil alması üçün əlimizdən gələni edək – deyirik. Təbii ki, bundan artıq deyə bilmərik, çünki bu, bir Qeyrət məsələsidir, Vətən məsələsidir, Millət məsələsidir, təhsilə dövlət qayğısına Dəstək məsələsidir. Ə.Ələkbərli ümidvar olduğunu bildirmişdir ki, iş adamlarının dəstəyi ilə İcmaya müraciət etmiş digər tələbələrə təqaüd verilməsi məsələsi də müsbət həll olunacaqdır. Ə.Ələkbərli onu da qeyd etmişdir ki, məsələ heç də tələbələrə hər ay veriləcək təqaüdün məbləğində deyil, əsas – məsələnin mənəvi tərəfi, qaçqın gənclərimizin tarixi torpaqlarımıza, yurd yerlərimizə bağlılığı məsələsidir.

boyukmillet.com

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …