Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Rüstəm Cəfərov dahi lider Heydər Əliyevin həyatını xalqına həsr edərək, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Azərbaycanı daim inamla irəliyə aparmağa nail olduğunu qeyd edib. Müstəqillik illərində xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri və uzaqgörənliyinin dövlətçiliyimizi qorumağa və xalqımızı böyük bəlalardan xilas etməyə imkan verdiyini bildirib.
Digər çıxış edənlər Ulu Öndərin həyatından, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.