Bazar , 23 Fevral 2025
Drone Cameras

Beynəlxalq Cüdo Federasiyası Putini təşkilatdakı vəzifəsindən kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir.

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edib.

Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin demək olar, bütün idmanı xarici turnirlərdən təcrid olunub.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …