Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçilib

Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib.

Boyukmillet.com xəbər verir ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib.

Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən danışıb, bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib.

Sessiyada həmçinin Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq Xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək öz təcrübələri bölüşüblər.

Baş Prokurorluğun nümayəndə heyəti səfər çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …