Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Beynəlxalq səyyahların Qarabağa səfəri davam edir

Beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir.

Boyukmillet.com xəbər verir ki, səyyahlar ötən gün Şuşa şəhərində və Ağdam rayonunda olublar.

Bu gün isə onlar Füzulinin Alxanlı kəndində yerləşən qədim məscidə baş çəkiblər. Qonaqlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib.

Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanı və Xocavənd rayonunda yerləşən Azıx mağarasına baş çəkilməsi də daxildir.

Səfər sabah başa çatacaq.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …