Cümə , 22 Noyabr 2024
Drone Cameras

Beynəlxalq Türk Akademiyası, Agentlik və AİM tərəfindən 44 günlük müharibənin beynəlxalq hüquqi nəticələrinə dair birgə layihəyə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Beynəlxalq Türk Akademiyasının elmi dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq elmi-maarifləndirmə təşəbbüsləri” adlı birgə layihənin icrasına başlanılıb.


2 ay müddətinə Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi Vətən müharibəsinin beynəlxalq hüquqi nəticələri ilə bağlı, o cümlədən müharibə zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq platformalarda onlayn elmi-maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır.


Layihədə çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə müharibədən sonrakı yeni geosoiyasi reallıqlar haqqında onlayn seminarın keçirilməsi, həmçinin “44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri və yeni geosiyasi reallıqlar” adlı elektron kitabın hazırlanması və ingilis dilinə tərcümə olunmaqla, vəsaitin internet üzərindən elektron formada yayımlanması nəzərdə tutulur.

Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov, elmi redaktoru isə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlidir.


Layihənin icrası nəticəsində beynəlxalq miqyasda fəaliyyət göstərən tədqiqatçılar, xarici jurnalistlər, bütövlükdə internet istifadəçiləri 44 günlük Vətən müharibəsinin beynəlxalq hüquqi və geopolitik nəticələri, habelə ermənilərin transmilli cinayətləri barədə elmi və praktiki məlumatları əks etdirən ingilis dilində elektron kitab əldə etmək imkanı qazanacaqlar.

AİM-in mətbuat və informasiya
xidmətinin məlumatı

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …