Cümə , 26 Aprel 2024
Drone Cameras

Bill Qeytsin qızından “çipləşdirmə” zarafatı

Son zamanlar adı müxtəlif növ konspiroloji iddialarda hallanan amerikalı milyarder Bill Qeytsin böyük qızı Cennifer “çipləşdirmə” barədə zarafat edib.

Boyukmillet.com “RİA Novosti”yə istinadla xəbər verir ki, gənc xanım koronavirusa qarşı peyvənd olunduqdan sonra öz “Instagram” səhifəsində təəssüratlarını bölüşüb.

“Təəsüf ki, vaksin dahi atamı mənim beynimə köçürə bilmədi”, – deyə Cennifer yazıb.

O, bildirib ki, Maunt Sinay Tibb Mərkəzinin tədris müəssisəsində təhsil aldığı üçün vaksinasiya zamanı prioritet qrupa salınıb və peyvənd olunub. 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …