Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək.
Bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev bildirib.
2021-ci il dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək”, – səfir qeyd edib.
İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.
Dünəndən bəri media resurslarında ayın sonunda Rusiyada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü haqda informasiyalar yayıılıb. Görünür, dövlət başçıları məhz MDB-nin qeyri-rəsmi sammitində bir araya gələcəklər.
Politoloq Zaur Məmmədov bildirir ki, dekabrın 28 -29 tarixlərində Azərbaycan və Ermənistan Sankt Peterburqda dəmiryolu və avtomobil yolu ilə bağlı əldə edilmiş razılıqları hüquqi müstəviyə keçirəcəkləri gözlənilir. Burada ən maraqlı məqamlardan biri Laçın və Zəngəzur yollarının statusu ilə bağlı olacaq: “Ehtimal edirəm ki, növbəti addım Konstitusiyaya dəyişikliklərlə bağlı ola bilər. Ermənistan konstitusiyasındakı dəyişikliklər ciddi maraq kəsb edəcək. 1992 – ci ildə Türkiyə münasibətlərin qurulması üçün şərtlər irəli sürmüşdü. Gerbdə Ağrı dağından imtina və Müstəqillik aktının 11 – ci maddəsindəki soyqırım iddialarından imtina. Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır.
Eltac Zülfüqaroğlu