Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

“Bir qəlbi də sən isit” aksiyasına start verilib!

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni İl münasibətilə “Bir qəlbi də sən isit” aksiyası həyata keçirilir.

1 ay müddətində davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

Vətəndaşlarımız 25 noyabr tarixindən “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər. Yeni İldə kiçik qəlblərin sevincinə birlikdə səbəb olaq!

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …