Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bir qrup QHT bəyanat yaydı: 10 noyabr Bəyannaməsinə əməl olunmasını tələb edirik!


Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi bəyanat yayıb. 

“Rusiya Federasiyasından və Ermənistandan “10 Noyabr” üctərəfli Bəyannaməsinin şərtlərinə əməl etməyi tələb edirik!”                        
2022-ci il, avqustun 3-ü tarixində, səhər saatlarında Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Anar Rüstəm oğlu Kazımov aldığı güllə yarasından şəhid olub. Artıq günlərdir atəşkəsin pozulmasının da şahidiyik.
Biz, Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti Təşkilatları bu terror aktını pisləyir, Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə çatdırırıq ki, əgər onların fəaliyyəti dövründə də atəşkəsin pozulması, itkilərin verilməsi davam edirsə, bu missiyanın torpaqlarımızdan getməsi  və hərbi kontingentin Qarabağı tərk etməsi labüddür. 
Ermənistanın siyasi rəhbərliyi isə bilməlidir ki, bu cür davamlı təxribatlar qarşılığında Azərbaycan xalqı 2020-ci ildəki birliyini nümayiş etdirərək, nəinki qeyri-qanuni silahlı dəstələri, erməni mənsubiyyətinə aid olan hər bir elementi öz torpağından qovmaq hüququnda və iqtidarındadır. 
Əgər, Ermənistan “10 Noyabr” üctərəfli Bəyannamənin müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirməzsə, Qarabağda saxladığı mövcud hərbi birləşmələrini çıxarmazsa, iki olkə arasında sülhü əngəlləyən destruktiv, pozucu siyasətinə davam edərsə, Azərbaycanın Bəyannamənin şərtlərinə söykənərək bu problemi çozməyə tam hüququ və kifayət qədər hərbi gücü vardır. 
2020-ci ilin noyabr ayından bu günə qədər davam edən sülh müqaviləsi danışıqlarının hər dəfə Ermənistan tərəfindən bu kimi təxribatlarla pozulması bizi tarixi varislik hüququna söykənərək tarixi ədaləti – 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin mövcud sərhədlərini bərpa etməyə, həmcinin,  qədim ata yurdumuz İrəvan mahalının qaytarılması tələbini dövriyyəyə çıxarmağa vadar edir.
Allah şəhidimizə rəhmət etsin.Şanlı Azərbaycan Ordusunu qorusun!!!
İmza: 

  1. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı
  2. “İnsan Hüquqları və Qanunların Təbliği” İctimai Birliyinin sədri Gülşən Məmmədoğlu
  3. İSBAM sədri Samir Adıgözəlli
  4. Regional Gender Bərabərliyi İctimai birliyinin sədri Şərqiyyə Dadaşova
  5. Əsgər Ailəsi Cəmiyyətinin sədri Roza Əliqızı
  6. Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı
  7. ƏSMİD sədri Səbinə Kərimova
  8. Dünya Azərbaycanlılarının Vətənpərvərlər ictimai birliyinin sədri Nəsimi Həsənov 
  9. Vətənpərvər Maarifçi Gənclər ictimai birliyinin sədri Dəyanət Həsənov
  10. Azərbaycan Milli Qəhrəmanı Ailələrinin Sosial Müdafiəsi ictimai birliyinin sədri Qalibə Budaqova
  11. Mərhəmət Kimsəsizlərə Yardım ictimai birliyinin sədri İradə Polad
  12. ” Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai birliyinin sədri Bəsti Nəsibova
  13. İnformasiya Təşəbbslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …