Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.

Boyukmillet.com xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib.

Əklil mərhumun məzarının üzərinə qoyulacaq.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Hazırda mərhumla vida mərasimi keçirilir. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

Check Also

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Boyukmillet.com xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar …