Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) növbəti qurultayını 2021-ci ilin may ayında Şuşa şəhərində keçirəcək.

Azərbaycanın ərazilərinin işğalçılardan azad edilməsindən sonra konqresin növbədənkənar toplantısında BUAK sədri Rövşən Tağıyevin təklif ilə Ukraynanın bütün vilayət sədrləri, idarə heyətinin üzvləri növbəti qurultayın may ayında Şuşada keçirmək barədə qərar verib. Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Baş Katibi Xəyyam Həqiqətoğlu xəbər verib.

Qurultayda Ukrayna hakimiyyət və dövlət strukturlarının nümayəndələri, Ukrayna Ali Radasının deputatları və Ukraynanın tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, həmçinin Ukraynanın tanınmış KİV nümayəndələri iştirak edəcək .

Tədbirə Avropa Azərbaycanlıları Konqresinin liderlərinin iştirakı da nəzərdə tutulur. Artıq qurultaya hazırlıq işlərinə başlanılıb.

BUAK öz növbəsində Qarabağ qalibiyyətini Azərbaycanımıza bəxş edən Müzəffər Ali Baş Komandana, cəsur Ordumuza təşəkkürünü bildirir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, doğmalarına səbir diləyir.

Check Also

CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır – EKSKLÜZİV

Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisinin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti …