Cümə , 19 Aprel 2024
Drone Cameras

“Cənab Ali Baş Komandan ən ali hərbi rütbəyə və yüksək fəxri ada layiqdir”

Cəlil Xəlilov: “O, Qarabağı azad etməklə, bunu bir daha sübut etdi”

Son günlər prezident İlham Əliyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi ilə bağlı təkliflər səslənməkdədir.

Boyukmillet.com xəbər verir ki, Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, prezident İlham Əliyevin ən ali rütbə və fəxri ada layiq olduğunu vurğulayıb:

“Cənab Ali Baş Komandan ən ali hərbi rütbəyə və yüksək fəxri ada layiqdir. Prezidentimizin uzun illər ərzində əldə etdiyi böyük uğurlar – dövlətimizi iqtisadi baxımdan gücləndirməsi, böyük beynəlxalq layihələrə imza atması, vətəndaşların sosial durumunu əsaslı şəkildə yaxşılaşdırması, ölkəmizin regionda və dünyadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırması, Ermənistanın işğalçılıq və terrorçuluq siyasətini qlobal miqyasda ifşa etməsi, müasir ordu formalaşdırması və s. ilə buna layiqliyini çoxdan isbatlayıb. Ölkə başçısı sentyabrın 27-dən 10 noyabr tarixinə qədər davam edən Vətən Müharibəsi zamanı Qarabağı azad etməklə bunu bir kəs daha sübut etdi. Bu səbəbdən də hesab edirəm ki, çoxsaylı və əlahiddə tarixi xidmətlərini nəzərə alaraq cənab Ali Baş Komandana Milli Qəhrəman adının verilməsi,  xalqın rəy və istəyinin nəzərə alınması baxımından da arzuedilən olar. Sözügedən məsələnin parlamentə müzakirəyə çıxarılması, Milli Məclisin bu təkliflə bağlı öz mövqeyini ortaya qoyması da təqdirəlayiq olardı”.

Seymur ƏLİYEV

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …