Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni Prezidenti seçilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib.

O, 1961-ci ildə anadan olub.

Qeyd edək ki, BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. 

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …