Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Bizi Paşinyanın verdiyi açıqlamalar maraqlandırmır” – AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. O, iyunun 27-də keçirdiyi onlayn brifinqdə Qarabağla bağlı müxtəlif fikirlər səsləndirib, Laçın dəhlizinə alternativ yolun tikintisinin başa çatmasından sonra Laçın şəhəri və Zabux kəndinin Azərbaycanın tam nəzarətinə keçəcəyini bildirib.

Paşinyanın açıqlaması Ermənistan cəmiyyətində İrəvanın növbəti təslimçilik aktına imza atması kimi qiymətləndirilib. Bəzi erməni ekspertlər hesab edirlər ki, baş nazir bununla Qarabağda hazırda ermənilərin məskunlaşdığı ərazilərinin də Azərbaycana qaytarılmasının mesajını verib.

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Paşinyanın dediklərinin Azərbaycan üçün əhəmiyyəti yoxdur, bizə əsas nəticə lazımdır:

“Bizim üçün Paşinyanın xalqı proseslərə hazırlayıb-hazırlamaması önəmli deyil. Bu məsələ Ermənistanın daxili işidir. Artıq 10 noyabr sazişindən 1 il yarımdan çox vaxt keçib. İndiyədək bəzi maddələr həyata keçirilməyib. Hətta Ermənistan tərəfindən rəsmi olaraq bəzi şərtlərdən imtina olunub. Təbii ki, Azərbaycan bundan narazıdır və bu məqamları kəskin şəkildə ortaya qoymaqdadır. Azərbaycan bu məsələləri təkcə Ermənistan üçün yox, Rusiya üçün də səsləndirir. Çünki onlar faktiki olaraq açıq şəkildə bəyan ediblər ki, hərbçilərimiz Azərbaycan ərazisində olacaqlar. Onların fikrincə, guya Zəngəzur dəhliz deyil, kommunikasiyadır. Yəni Ermənstan tərəfindən 10 noyabr sazişinin bəndləri pozulur”.

Keçmiş nazirin sözlərinə görə, Ermənistan istəsə də, istəməsə də Laçın kəndləri Azərbaycana qaytarılacaq:

“Ermənistan müharibədə məğlub olub. Kapitulasiya aktına imza atıblar. İndi həmin kapitulasiyanın müddəalarını həyata keçirməyin vaxtı gəlib çatıb. Əslində ermənilər çox gecikiblər. Yenə də deyirəm, bizi Paşinyanın verdiyi açıqlamalar maraqlandırmır”.

T.Zülfüqarov onu da vurğulayıb ki, Ermənistan tərəfi növbəti dəfə fırıldağa əl ata bilər və Azərbaycan diqqətli olmalıdır:

“Biz onların oyunlarına adekvat davranmamalı,”xalq narazıdır” iddiasına aldanmamalıyıq. Xalq narazıdırsa, müharibədə uduzmayaydı. Uduzubsa, şərtləri yerinə yetirməlidir, vəssalam! Gərək, biz erməni oyunlarına getməyək”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …