Bazar , 19 May 2024
Drone Cameras

Blinken: “Rusiya İrana müasir qırıcılar verə bilər”

“ABŞ administrasiyası hesab edir ki, Moskva Tehrana müasir Rusiya qırıcıları verə bilər ki, bu da İranı daha da təhlükəli ölkəyə çevirəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, bir daha təsdiq edib ki, İran Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatları ilə təmin edir.

“Rusiya ilə İran arasında münasibətlər getdikcə daha təhlükəli xarakter alır və bu, əslində ikitərəfli bir yoldur. İran təkcə Rusiyaya texnika tədarük etmir, həm də Rusiya İrana hərbi texnika, görünür, müasir döyüş təyyarələri də verir. Görünən budur ki, bu baş verir və nəticədə İran daha da təhlükəli ölkəyə çevriləcək”.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …