Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Blinken: Rusiyanın Ukraynanı xəritədən silmək məqsədi çoxdan uğursuzluğa düçar olub

Rusiya hərbi müdaxilənin başlanğıcında qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuzluğa düçar olub”, – diplomat vurğulayıb.

Blinken deyib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları uğrunda vuruşurlar”.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …