Bazar , 22 Noyabr 2026
Drone Cameras

“Bloomberg”: Ukrayna planlaşdırılandan az F-16 alacaq

Ukrayna əvvəlcədən planlaşdırılandan az F-16 qırıcısı alacaq.

Boyukmillet.om xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, qırıcı təyyarələrin göndərilməsi gecikmələr, ehtiyat hissələri ilə bağlı suallar və ukraynalı pilotlarla əcnəbi təlimatçılar arasında dil baryerinə görə çətinləşib.

“Həmçinin, ölkənin kifayət qədər uçuş-enmə zolağının olmaması, eləcə də Rusiya ilə münasibətlər narahatlıq yaradır. Bir mənbəyə görə, Ukrayna planlaşdırılan 300 təyyarədən 15-24-nü, başqa bir mənbə isə Kiyevin bu yay 6, ilin sonuna qədər isə 20 F-16 ala biləcəyini deyib”, – “Bloomberg” qeyd edib.

Check Also

Azərbaycan və NATO logistik imkanlardan birgə istifadə mexanizmlərini müzakirə edib

Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə …