Şənbə , 10 Yanvar 2026
Drone Cameras

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub.

Boyukmillet.com bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır.

İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …