Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

BMT Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnaməni qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə dəstəyi ilə hazırlanan “COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında” qətnaməni qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin yanında Daimi Nümayəndəliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, 179 ölkəqətnamənin lehinə səs verib, 7 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə çıxan olmayıb.

“Qoşulmama Hərəkatının sədri olan Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, – tvitdə vurğulanıb.

Qeyd edək ki, səsvermədə bitərəf qalan ölkələr ABŞ, Avstraliya, Böyük Britaniya, Cənubi Koreya, Ermənistan, İsrail və Yaponiyadır. 

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …