Şənbə , 27 Aprel 2024
Drone Cameras

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Check Also

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər. Boyukmillet.com xəbər verir …