Bazar , 11 Yanvar 2026
Drone Cameras

BMT Baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin müstəqil jurnalisti (“freelance”-red) Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterli sualını cavablandıraraq jurnalisti susdurub.

Boyukmillet.com xəbər verir ki, jurnalist sözçüyə erməniləri müdafiə edən sual verib və BMT-nin Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub.

S.Dujarrik isə cavabında BMT-nin hesabatının faktlara əsaslandığını deyib: “Bu bir rəy bəyanatı deyildi. Bölgəyə gedən missiya üzvləri öz gözləri ilə gördüklərini qələmə alıblar. Onlar görmədikləri haqqında danışmırlar. Biz Ermənistan hökumətinə humanitar yardım verməyə davam edirik. Bizim həmkarlarımız yalnız gördükləri barədə məlumat verə bilər, baş verənləri təhlil edə bilmərik”.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …