Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

BMT: PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi bildirilib.

Hesabatda Suriyada 2 min 407 uşağın zorakılıqla üzləşdiyi, 1 696 azyaşlının YPG/PKK, PYD tərəfindən döyüşçü və ya müxtəlif məqsədlər üçün istifadə edildiyi bildirilib.

Hesabatda PKK-nın Suriya qolu olan PYD-dən 637, YPG/PKK və PYD-yə bağlı qruplaşmalardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi qeyd olunur.

“PYD/PKK-nın uşaqlardan əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və başqa məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarındakı bütün uşaqları azad etməyə çağırıram”, – BMT Baş katibi Antoniu Quterreş qeyd edib.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …